Yanvarın 22-də BMTTəhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçiriləcək.
Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.
Bundan əvvəl Fransa Suriyada son vəziyyətlə bağlı BMTTəhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.
Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
APA