XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Yanvar 2018 - 20:43

Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı –Digər vəkilinə töhmət verildi

Vəkil Fəxrəddin Mehdiyevin fəaliyyəti dayandırılıb.

Musavat.com xəbər verir ki, bu gün axşam saat 18.00 radələrində Vəkillər Kollegiyası Rəyasət Heyətinin toplantısında belə qərar qəbul edilib. Məlumata görə F.Mehdiyevin cəzalandırılmasına səbəb isə hüquqlarını müdafiə etdiyi, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin mətbuatda müsahibəsinin dərci olub.

Vəkil C.Hacıyevin açıqlamasını mətbuata ötürməkdə günahlandırılıb. F.Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırılıb.

C.Hacıyevin digər vəkili Aqil Layıcov da cəzalandırılıb – ona töhmət verilib. F.Mehdiyev həmçinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı Taleh Bağırzadə, Əli Kərimlinin qaynı Elnur Seyidov və digər şəxslərin də hüquqlarını müdafiə edib.