XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2018 - 10:00

Bu gün Davos forumu başlayır –Prezident İlham Əliyev foruma qatılacaq

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.

APA-nın məlumatına görə, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Onun “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub. 
Davos Forumu yanvarın 26-na kimi davam edəcək.