XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2018 - 10:48

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığı genişləndirir –Görüş + FOTO

Bakı Ali Neft Məktəbinin (BNAM) rektoru Elmar Qasımov Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (IADC) nümayəndə heyətilə görüşüb.   

BNAM-dan Strateq.az-a verilən məlumata görə, IADC-nin Əməliyyat təhlükəsizliyi üzrə İdarəedici vitse-prezidenti Mark Denkovski, Yaxın Şərq və Afrika regionu üzrə təmsilçi Hişam Zebian, Assosiasiyanın Xəzər hövzəsi üzrə Komitəsinin sədri, eyni zamanda SOCAR AQŞ-də quyu meneceri Qraham Klark və SOCAR AQŞ-nin layihə meneceri Şəbnəm Məmmədova və BANM-ın rəhbərliyi öncə müəssisələr arasında yaranmış münasibətlər və davamlı əməkdaşlığın müəyyən istiqamətləri haqqında danışıqlar aparıblar.

Elmar Qasımov IADC-nin nümayəndələrinə BANM-ın fəaliyyəti və onun məqsədi haqqında geniş məlumat verərək, bu əməkdaşlığın Ali Məktəbin  kadr hazırlığında öz müsbət təsirini göstərə biləcəyinə əmin olduğunu bildirib. Rektor və nümayəndələr arasında BANM-ın tələbələrinin IADC-nin Azərbaycanda yaradılan yeni bölməsinin fəaliyyətindən hansı istiqamətlərdə yararlana biləcəkləri haqqında müzakirələr aparılıb.

Daha sonra qonaqlar BANM-ın tələbələrilə görüşüb. Mark Denkovski tələbələrə IADC və onun fəaliyyətilə bağlı geniş təqdimat edib. Təqdimat zamanı Denkovski şirkətin öz məqsəd və missiyasına çatmaq üçün məqsədlərindən, 2017-ci ildə üzvlük statistikasından, IADC-nin strategiyası və mövcud layihələri, neft-qaz sahəsinə olan gələcək tələbatdan, IADC akkreditasiyalarından, standartlaşdırma və sistemlərdən və təlim proqramlarından ətraflı məlumat verib. Vitse-prezident tələbələrə təşkilata üzv  olmaqla və aktiv iştirak etməklə neft və qaz qazma sahəsində öz şəxsi inkişaf və təcrübələrini əhəmiyyətli dərəcədə artıra biləcəklərini söyləyib.

Qeyd edək ki, 1940-cı ildən bəri fəaliyyət göstərən və baş ofisi Amerikanın Hyuston şəhərində yerləşən IADC qeyri-kommersiya təşkilatıdır və o neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni öz ətrafında birləşdirir.