XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 18:38

Goranboyda minaatan mərmisi tapılıb –ANAMA-dan açıqlama + FOTO

Goranboy rayonunda minaatan mərmisi tapılıb. 

Bu barədə "Report"a Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, yanvarın 23-də Xocalı Rayon İcra Hakimiyyətindən Agentliyə Goranboy rayonu, Qaraçinar kəndi ərazisində yerləşən 1 saylı sahə məntəqəsinin inzibati ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minaatan mərmisinin ətrafında 200 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.