XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2018 - 19:13

Almaniyada təyyarə ilə helikopter toqquşdu –Ölənlər var

Almaniyanın Filipsburq şəhəri yaxınlığında kiçik həcmli təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb.

Bu barədə "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Qəza zamanı hər iki nəqliyyat vasitəsi alovlanıb. Hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Faciənin təfərrüatları, qəza anında təyyarə və helikopterdə nə qədər insan olduğu barədə, hələ ki, heç bir məlumat yoxdur.