XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2018 - 21:34

Prezident İlham Əliyev:"Azərbaycan “SUEZ GROUP”la əməkdaşlıqda maraqlıdır" + FOTO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Davosda “SUEZ GROUP” şirkətinin baş icraçı vitse-prezidenti və “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasının sədri xanım Marie-Ange Debon ilə görüşüb.

Xanım Marie-Ange Debon Prezident İlham Əliyevə “SUEZ GROUP”un Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verərək ölkəmizdəki tərəfdaşlarla çox uğurla əməkdaşlıq etdiklərini bildirib.

Gələcək planlar barədə danışan Marie-Ange Debon Prezident İlham Əliyevə su, kanalizasiya və yağış sularının aradan qaldırılması sahələrindəki yeni texnologiyalar barədə məlumat verib.

Prezident İlham Əliyev “SUEZ GROUP”un gördüyü işlərdən məmnunluğunu bildirib. Dövlət başçısı Azərbaycanın gələcəkdə də “SUEZ GROUP”la əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib.