XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2018 - 21:22

Səməd Seyidov:"Türkiyə Suriyada terrorizmə qarşı mübarizə məqsədilə hərbi əməliyyata başlayıb"

"Türkiyə Suriyada terrorizmə qarşı mübarizə məqsədilə hərbi əməliyyata başlayıb". 

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assamleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiyasında “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə deyib.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq aləm üçün təhlükəli olan terrorçu qruplaşmalara qarşı mübarizə aparırır: "Əgər hansısa dövlət insanların rahat yaşaya bilməsi naminə çalışırsa, biz işğal deyil, yalnız hərbi əməliyyat adlandırmalıyıq. Türkiyə beynəlxalq aləmin diqqətini bu məsələyə cəlb etməyə cəhd göstərib. Türkiyə heç bir dövlətin torpaqlarını işğal etmək niyyəti olmadığını bəyan edib. Bu gün biz Türkiyəni insanların təhlükəsizliyi naminə terrorçu təşkilatlara qarşı mübarizə sahəsində göstərdiyi səylərini dəstəkləməliyik". 

S.Seyidov bildirib ki, yalnız Türkiyə deyil, dünyanın bir sıra ölkələri terrorizmdən əziyyət çəkir: "Terrorizm bütün dövlətlər üçün təhlükə mənbəyidir. Azərbaycan da öz torpaqlarının bir hissəsini qonşu dövlətin təcavüzkar siyasəti nəticəsində itirib, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb".