XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 16:02

Partiya və QHT-lərdə əlillərin fəaliyyətinə məhdudiyyət qoyulması qadağan edilir –Layihə parlamentdə müzakirə olunur

Azərbaycanda əlillərin qeyri-hökumət təşkilatlarında (QHT), siyasi partiyalarda fəaliyyətinə məhdudiyyət qoyulmasının qadağan edilməsi təklif olunur.

Bu barədə məsələ yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.

Qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb/Trend.