XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2018 - 17:26

Türk ordusunun yeni hədəfi bəlli oldu –Bafelyun

Türkiyə ordusunun Burseya dağı tamamilə ələ keçirildikdən sonrakı hədəfi Bafelyun təpəsi olacaq.

Bu barədə Türkiyə mətbuat hərbi mənbələrə istinadən informasiya yayıb.

Məlumata görə, Türkiyə ordusu Burseya dağında əməliyyatları davam etdirib. Bir sıra strateji nöqtələr azad edilsə də, kəskin hava şəraiti ordunun irəliləməsinə mane olub. Hücuma ara verən türk ordusu və ASO mövcud mövqelərini müdafiə edib.

Qeyd edək ki, Bafelyun təpəsi YPG terrorçularının Türkiyənin sərhəd bölgələrini atəşə tutmaq üçün istifadə etdiyi strateji yüksəklikdir/Axar.az.