Bakının məşhur ticarət mərkəzindən oğurluq edən şəxslər həbs edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu il yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki “Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulub.