XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 19:07

Azərbaycan Güləş Federasiyasında daha bir təyinat oldu –Fazil Məmmədovdan daha bir dəyişiklik + FOTO

Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun əmri ilə Federasiyanın baş katibi Rəşad Əli-Zadə vəzifəsindən azad edilib. 

Federasiya prezidentinin əmrinə əsasən, Orxan Rasim oğlu Məmmədov Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub. 

O.Məmmədov bundan əvvəl Azərbaycan Güləş Federasiyasında İdman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Orxan Məmmədov yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub, idman ustası, əməkdar məşqçidir/Report.