XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2018 - 23:05

Həmsədrlər regiona nə vaxt səfər edəcək? –İqor Popov açıqladı

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın birinci ongünlüyündə regiona səfər edəcəklər. 

Bunu Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşünün nəticələrinə müvafiq olaraq həmsədrlər fevral ayının birinci öngünlüyündə regiona səfər etməyi planlaşdırırlar. 

İ. Popov regiona səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcəklərini də söyləyib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunacaq/APA.