XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2018 - 11:04

Yeni səfirlər etimadnamələrini prezident İlham Əliyevə təqdim edib –FOTO

Çili və Ekvadorun Azərbaycana təyin edilmiş yeni səfirləri vəzifələrinə başlayıb.

Prezident İlham Əliyev yanvarın 26-da Çili Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın və Ekvador Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.