XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 13:47

Azərbaycan vətəndaşlığını almaq asanlaşdı- Bu şəxslərə

2006-cı il yanvarın 1-dək Azərbaycana gələn və burada yaşayan SSRİ pasportuna malik şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi asanlaşır.

Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Qanunun 14-cü maddəsinə təklif edilən dəyişikliklərə əsasən, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycanda daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.

Bu müddət könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Qanun layihəsi Milli Məclisin fevralın 1-də keçiriləcək sessiyasına tövsiyə olunub.