XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2018 - 19:16

“Daxili Qoşunlar” haqqında  qanun yenidən hazırlanıb –Layihə yaz sessiyasında müzakirə olunacaq

Daxili Qoşunlarla bağlı qanun yenidən hazırlanıb.

APA-nın məlumatına görə, yeni hazırlanan “Daxili Qoşunlar haqqında" qanun layihəsi ilk oxunuş üçün artıq hazırdır və Milli Məclisin yaz sessiyasının işlər planına daxil edilib.

Yeni qanun layihəsində Daxili Qoşunların xidmət və vəzifələri yeni və genişləndirilmiş formada təsbit olunub. Qeyd edək ki, hazırda qüvvədə olan “Daxili Qoşunların statusu haqqında” qanun 1994-cü ildə qəbul olunub.