XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 April 2015 - 09:53

General əmr verdi, yeni rəis təyin olundu

Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə təyinat həyata keçirilib.

Məlumata görə, Qəbələ Hava Limanının rəisi, mayor Babək Orucov Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə VİP ximdəti bölməsinin rəisi təyin olunub. Babək Orucovun dünən vəzifədən azad olunan polkovnik Gündüz Bağırovun vəzifəsini icra edib-etməyəcəyi bizə məlum deyil.

Qeyd edək ki, dünən DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə işdə yol verdiyi nöqsanlara görə Xidmətin Hava limanında Baş İdarə rəisi, polkovnik Gündüz Bağırov vəzifədən azad olunub. Onun hansı qüsurlara görə işdən azad olunması haqda bizdə məlumat olsa da, rəsmi olaraq təsdiqlənmədiyi üçün dərc edə bilmirik(Qafqazinfo).