XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2018 - 00:17

Almaniyada PKK tərəfdarlarının aksiyasının qarşısı alınıb –Saxlanılanlar var

Almaniyanın Köln şəhərində polis PKK tərəfdarlarının aksiyasının qarşısını alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiyanın dağıdılması zamanı iki nəfər saxlanılıb.    

Polisin məlumatına görə, aksiya iştirakçıları, xəbərdarlığa məhəl qoymayaraq, PKK bayraqları və terror təşkilatının lideri Abdulla Ocalanın portretlərini qaldırıblar.

Qeyd edək ki, Almaniyada terror təşkilatlarına aid atributlarının nümayiş etdirilməsi qadağandır.