XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

28 Yanvar 2018 - 10:00

Prezident İlham Əliyev Əşrəf Qaniyə və əfqan xalqına başsağlığı verdi:“Olduqca kədərləndim”

Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qaniyə Kabildə törədilmiş dəhşətli terrorda həlak olanlarla bağlı başsağlığı verib.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Kabil şəhərində törədilmiş güclü patlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim. Bu amansız terror aktı dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini və zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”