XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 16:02

Türkiyənin əmək və sosial müdafiə naziri Azərbaycana gələcək –Protokol imzalanacaq

Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin (31 yanvar – 03 fevral) ölkəmizə səfəri planlaşdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü də daxildir. İki gün davam edəcək səfərin ilk günü nümayəndə heyətinin ölkəmizdə bir sıra rəsmi görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Səfərin ikinci günü isə Azərbaycan ƏƏSMN ilə Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokolun imzalanması gözlənilir.

Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakının tarixi və mədəni abidələri, həmçinin ƏƏSMN-nin ayrı-ayrı müəssisələri ilə tanışlığı da nəzərdə tutulub.