XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 16:33

Ərdoğan daha bələdiyyə sədrini istefaya göndərdi –Keçmiş deputat da vəzifədən getdi

Türkiyənin Çorum Bələdiyyəsinin sədri Muzaffer Külcü istefa verib.

O, Hakim Ədalət və İnkişaf Partiyasnın üzvü olan M.Külcü vəzifəsindən ayrılması barədə qərarını keçirdiyi mətbuat konfransında bəyan edib.

Məlumata görə, Türkiyə pezidenti, Ədalət və İnkişaf Partiyasnın sədri Rəcəb Tayyib Ərdoğan onun bələdiyyə sədrliyindən istefa verməsini istəyibmiş.  

Qeyd edək ki, M.Külcü 1971-ci ildə Çorumda doğulub. O, 2001-ci il sentyabrın 28-də R.T.Ərdoğan tərəfinən Çorum əyaləti üzrə Ədalət və İnkişaf Partiyasının qurucu sədri təyin edilmişdi. M.Külcü 2002-ci ildə bu əyalətdən millət vəkili seçilib.

Xatırladaq ki, 2017-ci ildə İstanbul, Düzcə, Ankara və Bursa böyük şəhər bələdiyyələrinin sədrləri də R.T.Ərdoğanın istəyi ilə istefa veriblər. Onların 5-də Ədalət və İnkişaf Partiyasnın üzvləridir/rEPORT.