XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

30 Yanvar 2018 - 18:55

“İndiyə qədər 649 terrorçu və 458 hədəf məhv edilib” –Türk nazirdən Afrin əməliyyatı haqda açıqlama

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatının başladığı gündən Türkiyə Silahlı Qüvvələri 5 hərbçi itirib.

Bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir əlavə edib ki, əməliyyatlar zamanı müxalif “Azad Suriya Ordusu”nun 20 üzvü də həlak olub.

Qeyd edək ki, son sutka ərzində Afrində 2 kənd terrorçulardan azad edilib.

Ümumilikdə, yanvarın 20-dən bugünədək 649 terrorçu və 458 hədəf məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub/Trend.