XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 20:11

 Xızıda 23 ədəd partlamamış hərbi sursat aşkarlandı –ANAMA

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA)  Xızı rayonunda 23 ədəd partlamamış hərbi sursat (PHS), 110 ədəd partlamış-yanmış mərmi qalıqları və 208 kq yandırma məhsulu aşkar edib. 

Strateq.az ANAMA-ya istinadən xəbər verir ki, Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş verən partlayışla əlaqədar ANAMA və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir: "Yanvarın 30-da partlayış baş verən hərbi hissənin ətrafına baxış keçirilib, nəticə etibarilə 862 000 kv.m (86.20 ha) ərazi yoxlanılıb".