XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

30 Yanvar 2018 - 23:22

BMT-nin xüsusi əlaqələndiricisi:"Qəzza zolağı tam iflas astanasındadır"

"Qəzza zolağı iqtisadiyyat və sosial sahənin tam iflası astanasındadır".

Bu barədə Yaxın Şərq sülh prosesi üzrə BMT-nin xüsusi əlaqələndiricisi Nikolay Mladenov deyib.

Onun sözlərinə görə, bu məsələ yanvarın 31-də Belçikada keçiriləcək donorların görüşündə asas mövzulardan olacaq.

Mladenov vurğulayıb ki, İki milyon əhalisi olan bölgənin problemlərinin həlli yalnız Qəzza zolağının Fələstin Milli Administrasiyasının (FMA) idarəçiliyi altına qayıtmasından sonra mümkün olacaq.

Xatırladaq ki, hal-hazırda Qəzza zolağı HƏMAS hərəkəti tərəfindən idarə olunur. 2007-ci ildən etibarən FMA yalnız İordan çayının Qərb sahilinə nəzarət edir/Trend.