XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 10:32

Bakı metrosunda gərgin anlar- Qatarda nasazlıq yarandı, stansiyalarda sıxlıq yaşandı

Bakı metrosunda qatarda problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Trend"ə bildirib ki, 13 saylı marşrut üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib.

N.Paşayev deyib: "Həmin qatarın əvəzinə xətdə qatar buraxılıb və qatarlararası inyerval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Hazırda intervalın bərpa edilməsinə çalışırıq".