XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 11:22

“Alov qüllələri”nin sürüşmə təhlükəsi varmı?- Nazirlikdən açıqlama

“Bakının mərkəzindəki “Alov qüllələri” binalar kompleksi yerləşən ərazidə sürüşmə gözlənilmir, həmin ərazidə vəziyyət stabildir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, “Alov qüllələri” binalar kompleksi Bayıl yamacındakı sürüşmə sahəsindən kənardadır: “Kompleksdəki binaların tikintisi zamanı çox dərin qatlara müvafiq daşlardan laylar vurulub. Yəni binalar xüsusi layihə ilə tikilib. “Hər an hansısa təhlükə ola bilər” deyə bir şey yoxdur. Hazırda orada stabil vəziyyətdir, heç bir dəyişiklik yoxdur”.