XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2018 - 12:44

Əfv Komissiyasının iclası keçiriləcək- Bu həftə

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının fevralın 2-də keçirilməsi planlaşdırılır.

"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Komissiyasının bu il yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.