XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 20:07

Hərbi məhkəmə inzibati xətalar haqqında işlərə də baxacaq- Sərəncam

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 927-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin birinci hissəsinə “cinayət işlərinə” sözlərindən sonra “, habelə inzibati xətalar haqqında işlərə” sözləri əlavə edilir.

Həmin qanuna əsasən indiyə qədər hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxırdı. Dəyişikliyə əsasən, hərbi məhkəmə inzibati xətalar haqqında işlərə də baxacaq.