XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 21:47

ICO və kriptovalyutanın reklamına qadağa qoyuldu- "Facebook"da

Dünyanın ən iri sosial şəbəkəsi olan "Facebook" bütün kriptovalyuta reklamları, tokenlərin ilkin yerləşdirilməsi (ICO) və binar opsiyonların reklamına qadağa qoyub. 

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə şəbəkənin rəsmi bloqunda məlumat yayılıb.

Məlumatda bildirilib ki, insanların tez-tez yanılmasına səbəb olan və yalan metodlarla reaklam edilən maliyyə məhsulları və xidmətlərinin reklamının yayımlanmasına icazə verilməyəcək. "Facebook"un yeni qaydalarını pozan elanlar nəinki əsas proqramdan, hətta şirkətin reklam imkanı təklif edən "İnstagram" və "Audience Network" kimi əlavə proqramlardan da silinəcək.