XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 14:07

Azərbaycan vətəndaşlığına qəbulla bağlı dəyişiklik qəbul edildi –Detallar

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsində dəyişiklik edilib.

Belə ki, maddənin ikinci hissəsinə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Dəyişikliklə hissənin sonuna "(bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla)" cümləsi əlavə edilir.

Bundan başqa, dəyişikliklə "2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir” hissəsi də əlavə edilib/Report

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.