XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2018 - 17:18

Məzahir Pənahov Meksikanın Azərbaycandakı səfiri ilə görüşdü –FOTO

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün  Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, görüşdə M.Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq və xarici təşkilatlarlar, eləcə də dünyanın müxtəlif qitələrindən olan xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlığından söhbət açıb. O bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının təşkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

R.Labardini öz ölkəsindəki seçki prosesi haqqında ətraflı məlumat verərək Azərbaycanda keçirilən seçkilərlə maraqlanıb. Meksikalı diplomatın suallarını cavablandıran M.Pənahov ölkəmizin seçki sistemi haqqında ətraflı danışıb. MSK sədri, həmçinin diqqətə çatdırıb ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Komissiya artıq seçki hazırlıqlarına başlayıb, ilkin mərhələdə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi gedir və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə bir sıra irimiqyaslı layihələr üzərində də iş aparılır.

Görüşdə, həmçinin qurumlararası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.