XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2018 - 18:20

Nazir Ramil Usubov fevralın 24-də Şirvana gedəcək –Qəbul

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il fevral ayının 24-də saat 10:00-da Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərini Şirvan şəhər Polis Şöbəsində qəbul edəcəkdir.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər: "Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər".