XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 22:44

 Dövlət Sərhəd Xidməti ilə AMADA arasında əməkdaşlıq memorandum imzalanıb –FOTO

Dövlət Sərhəd Xidməti (DSX) və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AMADA-dan "Report"a verilən məlumata görə, yanvarın 31-də DSX-da AMADA-nın nümayəndə heyəti ilə görüş keçirilib. 

Görüşdə ölkə ərazisinə dövlət sərhədindən dopinq vasitələrinin qanunsuz keçirilməsi və antidopinq qayda pozuntusu məsələləri müzakirə edilib, təmiz idmanın inkişafı üçün iki qurum arasında sıx əməkdaşlıq həyata keçiriləcəyi qeyd edilib.

Əməkdaşlıq çərçivəsində antidopinq qaydalarına əsasən barəsində araşdırmalar aparılan idmançılar və idmançılara dəstək heyəti, onların ölkəyə giriş-çıxışı haqqında və digər məlumat mübadiləsinin aparılması razılaşdırılıb.