XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 23:13

PYD-nin Kilis şəhərinə atdığı raket restorana düşüb –Yaralananlar var

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərinə bu gün üçüncü raket atılıb.

Suriyanın Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Qeyd edək ki, bu gün ərzində Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb.

Dünən isə Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna atılan raketin partlaması nəticəsində 17 yaşındakı Fatma Avlar adlı qız yatdığı yerdə ölüb.

Xatırladaq ki, Türkiyə Ordusu Afrində əməliyyat keçirir.

APA