XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 11:57

Yusuf Məmmədəliyev:"Azərbaycan gəncliyinin cəmiyyətdəki mövqeyi getdikcə daha da güclənir"

Azərbaycan gəncliyinin cəmiyyətdəki mövqeyi getdikcə daha da güclənir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan gəncliyi beynəlxalq miqyasda yüksək nailiyyətlər əldə edir.

Y.Məmmədəliyev əlavə edib ki, Gənclər Fondu 6 il ərzində ölkəmizin gənclər siyasətinin həyata keçirilməsində əsas məqsədlərə nail ola bilib:

"Gənclər Fondunun işinin effektivliyi birbaşa olaraq gənclərdən asılıdır. Layihələr nə qədər davamlı, keyfiyyətli olsalar, Fond da bir o qədər gənclər siyasətinə öz töhfəsini verə biləcək. Gənclərimiz əmin olmalıdırlar ki, onlara xidmət edən dövlət qurumları hər zaman onların fikirlərini dinləyir və yeni təkliflərə açıqdır".

Y.Məmmədəliyev bildirib ki, Azərbaycanda istedadlı gənclər çoxdur: "Biz çalışmalıyıq ki, hər bir potensiallı gənc Gənclər Fondunun imkanlarından faydalana bilsin. İnanıram ki, ölkəmizin rifahı naminə öz səylərini əsirgəməyən gənclər Vətənə, adət-ənənələrə bağlıdırlar. Ölkə rəhbərliyi gənclərə güvənir və onları daim dəstəkləyir, çünki məhz bu cür sağlam ruhlu gənclər Azərbaycanın gələcəyidir".