XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 19:15

“Real” Ronaldunun maaşını qaldıracaq- İllik 30 milyon avroya

“Real” futbol klubu hücumçu Kriştianu Ronalduya maaşının artırılacağı ilə bağlı yeni kontrakt təklif edib.

Azərtac ABC saytına istinadla xəbər verir ki, razılaşmanın şərtlərinə görə, 32 yaşlı forvardın illik məvacibi 9 milyon avro artırılaraq 21 milyondan 30 milyon avroya çatdırılacaq.

Portuqaliyalı futbolçu madridlilərin rəhbərliyinə klubdan getmək istəmədiyini və “Santyaqo Bernabeu”da qalacağını anladıb. Maaşının artımından sonra Ronaldunun qazancı braziliyalı Neymarın hazırda Fransanın PSJ klubunda aldığı səviyyəyə çatacaq.