XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 21:55

Məhəmməd Salah ən yaxşı ərəb futbolçusu seçilib –2017-ci ilin

“Liverpul” futbol klubunun yarımmüdafiəçisi Məhəmməd Salah “Goal.com” internet saytının versiyasına görə, 2017-ci ilin ən yaxşı ərəb oyunçusu seçilib.

Azərtac xəbər verir ki, İngiltərə çempionatının cari mövsümündə misirli futbolçu 24 oyunda 19 qol vurub. Bundan əlavə, ötən il İtaliya çempionatında “Roma”nın heyətində Salahın hesabında 16 qol olub.

Ötən il yarımmüdafiəçi Misir millisinə Afrika kubokunun finalına və dünya çempionatına çıxmaqda kömək edib.

Salah, həmçinin “Afrika-2017”nin ən yaxşı oyunçusu adını qazanıb.

“Goal.com” saytının sorğusunda ikinci yeri Səudiyyə Ərəbistanının “Al-Ahli” komandasının suriyalı hücumçusu Ömər Al-Soma, onun həmyerlisi Səudiyyə Ərəbistanının “Al-Hilal” komandasının hücumçusu Omar Xribin 3-cü pillədə qərarlaşıblar.

“Lester”in yarımmüdafiəçisi Riyad Marez 4-cü, “Napoli”nin müdafiəçisi Fauzi Qulam (hər iki futbolçu Əlcəzairdəndir) 5-ci sırada, 12-ci sırada isə “Arsenal”ın misirli yarımmüdafiəçisi Məhəmməd Əl-Nenni yer alıblar.