Moskvada pis hava şəraiti səbəbindən 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Bu barədə şəhər meri Sergey Sobyanin öz "VKontakte" səhifəsində yazıb.
"Təəssüf ki, dünənki təbii fəlakət qurbansız ötüşmədi. Ağacın və elektrikötürücü xəttin qırılması nəticəsində bir nəfər ölüb. Daha iki nəfər xəsarət alıb", – deyə Sobyanin yazıb.
Merin məlumatına görə, şəhərdə artıq 360 ağac aşıb. Şəhər rəisi bildirib ki, yaxın vaxtlarda Moskvada havanın yaxşılaşacağı gözlənilmir. Bazar günü Rusiya paytaxtında güclü qar gözlənilir və güclü külək saatda 20 km-ə çatcaq/Report.