XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

04 Fevral 2018 - 15:14

Yunanıstanda böyük etiraz mitinqi: aksiyaçılar 2500 avtobus sifariş edib –19 min polis səfərbər oldu

Bu gün Yunanıstanda ən böyük etiraz mitinqi keçiriləcək.

Ölkənin bütövlükdə müxalifəti, o cümlədən yunan kilsəsinin din adamlarının da iştirak edəcəyi mitinq “Makedoniya” adına etiraz məqsədilə keçirilir.

Aksiyanın təşkilatçıları təkcə bölgələrdən mitinqdə iştirak etmək üçün 2500 avtobusun gələcəyini elan edib.

İqtidardakı SİRİZA və KKE partiyalarından başqa bütün siyasi qüvvələr aksiyaya dəstək verəcəyini açıqlayıb. Əsas təşkilatçı qismində isə Qızıl Şəfəq Partiyası çıxış edir.

Mitinqə qarşı çıxanlar isə anti-mitinq aksiyası keçirəcəklərini elan ediblər.

Qarşıdurmanın yarana biləcəyindən ehtiyat edən Afina polisi 19 min polis personalını səfərbər edərək mərkəzi yolları bağladığını elan edib/Teleqraf.com.