XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

04 Fevral 2018 - 15:59

İspaniya liqasında daha bir baş məşqçi istefaya göndərildi –Səbəb

Kristobal Parralo "Deportivo"nun baş məşqçisi postundan istefaya göndərilib.

Klubun rəsmi saytında bildirilir ki, 50 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərarı Direktorlar Şurası qəbul edib.

Kristobal Parralo "Deportivo"ya 24 oktyabr 2017-ci il tarixindən rəhbərlik edir. O, bu postda Pepe Meli əvəz edib.

Komandanın La Liqada qələbəsiz oyunlar seriyası 7 matça çatıb. Klub son turda səfərdə "Real Sosyedad"a 0:5 hesabı ilə məğlub olub.

"Deportivo" hazırda turnir cədvəlində 22 matçdan sonra təhlükəli zonadadır (18-ci yer).

Report