XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2018 - 23:04

Futzal üzrə Avropa çempionatı:Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşacaq

Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi bu gün qrupda son oyununu keçirəcək.

Komandamız Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojice Arena"da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45-də) İspaniya millisi ilə qarşılaşacaq.

Oyunu Vladimir Kadykov (Rusiya), Admir Zahoviç (Sloveniya) və Alessandro Malferdən (İtaliya) ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində ilk oyununu Fransa komandasına qarşı keçirib. Qarşılaşma 5:3 hesabı ilə millimizin qələbəsi ilə başa çatıb/Report.