XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 Fevral 2018 - 23:24

Saakaşvili Kiyevdə aksiya keçirəcək –Aksiyada alternativ hökumət və prezidentliyə 10 namizəd elan ediləcək

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili fevralın 18-dək Kiyevdə keçiriləcək növbəti aksiyada Ukrayna alternativ hökumətini və prezidentliyə 10 potensial namizədi elan edəcək.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili bunu bu gün Kiyevdə keçirilən mitinqdə bəyan edib.

M. Saakaşvili deyib ki, indiki hakimiyyətdən fərqli olaraq Ukraynada ölkəni idarə etməyə layiqli insanlar çoxdur.