XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2018 - 10:43

“Azercell”dən fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinə –Müraciət

“Azercell Telekom” MMC fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinə müraciət edib.

Strateq.az xəbər verir ki, fevral 10-dan qeyd olunan abunəçilər Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna, Özbəkistana səfər edərkən rominqdə mobil internet xidmətindən faydalana biləcək və hər MB-a görə 2,20 manat xidmət haqqı ödəyəcəklər.

Bundan başqa, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçiləri martın 5-dən etibarən Albaniya, Almaniya, Avstriya, Bolqarıstan, Çernoqoriya, Çexiya, Çin, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, Latviya, Litva, Lixtenşteyn, Macarıstan, Makedoniya, Malta, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Xorvatiya, Yunanıstana səfər edərkən rominqdə mobil internet xidmətinin hər bir MB-a görə 3,50 manat, ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiyaya səfər edərkən isə 4 manat xidmət haqqı ödəyəcəklər.

Mobil internet xidmətinin hesablanma intervalı 30 KB təşkil edir. Rominqdə internet xidmətindən faydalanmaq üçün nömrənin cari balans hesabında 1 manat minimal məbləğ olmalıdır.