Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Abdrahmanovla Xəzərin hüquqi statusuna dair V sammitə hazırlıq prosesinin detallarını müzakirə edib.
"RIA "Novosti" xəbər verir ki, bu barədə Rusya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin Xəzəryanı ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Xəzəryanı ölkələrin başçılarının növbəti sammitinin martın sonunda Astanada keçirilə biləcəyini deyib.
APA