XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2018 - 17:55

Hüseynqulu Bağırov müşavirə keçirdi, idarə rəhbərlərinə göstəriş verdi –FOTO

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, müşavirədə nazir Hüseynqulu Bağırov  çıxış edib, görülən işləri sadalayıb.

Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib.

Müşavirədə, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün atılacaq konkret addımlar təhlil olunub, proqramda aidiyyəti üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin tam şəkildə keyfiyyətlə və vaxtında başa çatdırılması üçün zəruri işlərin görülməsi barədə müvafiq göstərişlər verilib.

Tədbirin sonunda ölkə Başçısının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görəcəyi işlər müzakirə olunaraq istiqamətlər müəyyənləşdirilib.