XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2018 - 15:57

Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək- Prezident seçkilərindən sonra

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, V.Volodin Azərbaycana aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra gələcək.

O qeyd edib: "Biz parlament səviyyəsində kifayət qədər səmərəli işləyirik. Buna görə də Azərbaycana səfərim aprelində 11-dəki seçkilərdən sonra mütləq baş tutacaq".

Spikerin aparatından bildiriblər ki, Bakıya səfər rəsmi olacaq, dəqiq tarixi isə hələ müəyyənləşdirilməyib.