XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

08 Fevral 2018 - 11:07

Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb –Səbəb

Bakı-Qazax avtomobil yolunda qatı duman səbəbi ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

"Report"un Qərb bürosu xəbər verir ki, magistralın Goranboy rayon ərazisindən keçən hissəsində səhər saatlarından başlayaraq qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.

Sürücülər əlverişsiz hava şəraiti səbəbindən avtomobillərin sürətini azaltmağa və ya avtomobillərini yolun kənarına çəkərək hərəkəti dayandırmağa məcbur olublar. 

Hazırda dumanlı hava şəraiti davam edir.