XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2018 - 23:14

Tillerson İordaniya, Türkiyə, Livan, Misir və Küveytə səfər edəcək –Tarix açıqlandı

ABŞ-ın dövlət katibi Reks Tillerson 11-16 fevral tarixlərində İordaniya, Türkiyə, Livan, Misir və Küveytə səfər edəcək.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin cümə axşamı yayılan yazılı bəyanatında deyilir.

Bildirilir ki, səfər zamanı terrorçuluqla mübarizəyə dair tədbirlər müzakirə olunacaq.

"ABŞ-ın dövlət katibi Reks Tillerson Əmman (İordaniya), Ankara (Türkiyə), Beyrut (Livan), Qahirə (Misir) və Əl-Küveytə (Küveyt) 11-16 fevralda səfər edəcək", – deyə sənəddə qeyd olunur/Report.