XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

09 Fevral 2018 - 14:39

Mogerini:"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

"Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir".

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

F. Mogerini bildirib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır: “Biz bu gün əlaqələrimizin ümumi vəziyyətini və əməkdaşlığımızın ikitərəfli aspektlərini müzakirə etdik”. O, həmçinin Azərbaycanla bağlanılması gözlənilən yeni saziş barədə də danışıb: "Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə bitəcək".  O bildirib ki, ötən il Azərbaycan prezidentinin Brüsselə səfəri bu istiqamətdə vacib məqamı vurğulayıb: “Bu razılaşma əməkdaşlığımızı daha da uğurlu edəcək”.