XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2018 - 10:21

Ufadan Bakıya birbaşa aviareyslər həyata keçiriləcək- Bu tarixdən

Ufa şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçiriləcək. Bu barədə Trend UfacityNews.ru saytına istinadən xəbər verir.

Qeyd olunur ki, uçuşlar 29 mart tarixindən etibarən "AN-148" təyyarəsində cümə axşamı günləri həyata keçiriləcək. Ufadan təyyarənin 21:55-də havaya qalxması nəzərdə tutulub, Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında enməsi isə 00:15-də. Uçuş 3 saat 20 dəqiqə təşkil edəcək.